Şou-biznes

"Həkim 35 yaşa qədər ərə getməyimə qadağa qoyub"

Həkim 35 yaşa qədər ərə getməyimə qadağa qoyub

Tanınmış model Səmra Hüseynova qatıldığı televiziya proqramlarının birində şəxsi həyatı və sağlamlığı ilə bağlı verdiyi açıqlamalarla gündəmi silkələyib. "Öz aramızda" verilişində qonaq olan model uşaqlıq illərindən qalan travmalarından və mübarizə apardığı OKP (obsesiv-kompulsiv pozuntu) xəstəliyindən bəhs edib. Səmranın sözlərinə görə, psixoloji vəziyyəti onun həm şəxsi münasibətlərinə, həm də gələcək planlarına birbaşa təsir göstərir.

Demokrat.az milli.az-a istinadla xəbər verir ki, münasibətlərdə bəxtinin gətirmədiyini deyən model qarşı tərəfin qeyri-ciddi yanaşmasından gileylənib. O, yaşadığı prosesi belə təsvir edib: "Əvvəl evlilik təklifi edirlər, sonra '3 ay görüşək' deyib vaxt uzadırlar. Daha sonra isə müxtəlif səbəblər gətirib münasibətdən uzaqlaşırlar". Sevginin əbədi olmadığına inanan Səmra ailə təməlinin fərqli dəyərlər üzərində qurulmalı olduğunu düşünür. Onun fikrincə, "Sevginin müddəti var, təxminən üç ilə qədər davam edir. Daha sonra münasibət övlad üzərində qurulur və ailə bu səbəbdən dağılmır".

Həmçinin oxu: 'Sən arvad almamışdan öncə kiminsə arvadı idin' 'Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm' 'Bu il sizi soyacaqlar'

Səmra Hüseynova hazırda həkim nəzarətində olduğunu və müalicəsinin davam etdiyini bildirib. Nevropatoloqun ona 35 yaşına qədər ciddi münasibət qurmağı qadağan etdiyini deyən model xəstəliyinin ciddiyətini xüsusi vurğulayıb. O, fiziki təmas zamanı yaranan narahatlığı "Kimsə toxunduqda belə şüuraltı travma işə düşür" sözləri ilə ifadə edib. Model müalicə prosesi tam bitmədən ailə qurmağın gələcək övladına mənfi təsir edə biləcəyindən narahatdır. Bu səmimi etiraflar sosial şəbəkə istifadəçiləri arasında böyük maraq yaradaraq fərqli müzakirələrə yol açıb.

Demokrat.az

NE
Nihadə Eyyubova