Müasir avtomobillərdə texnologiya sürətlə inkişaf etsə də, sürücülərin çoxu hələ də 90-cı illərin vərdişləri ilə hərəkət edir. Maşını dayandıran kimi dərhal söndürmək avtomobil sahibləri üçün gözlənilməz və baha başa gələn fəsadlar yarada bilər.
Demokrat.az xəbər verir ki, mütəxəssislər avtomobili ciddi təmirdən xilas edəcək 30 saniyə qaydasını açıqlayıblar. Hazırda geniş yayılan turbo mühərrikli nəqliyyat vasitələrində yağlama və soyutma dövrü həyati əhəmiyyət kəsb edir. Turbo turbinləri yüksək sürətlə hərəkət etdikdən sonra mühərrik anidən söndürüldükdə yağ nasosu dayanır və yağ axını kəsilir. Bu isə həddindən artıq qızma nəticəsində mil yataqlarında karbonlaşma yaradaraq ciddi nasazlıqlara yol açır.
30 saniyə qaydasına görə mühərriki tam dayandırmazdan əvvəl onu ən azı yarım dəqiqə boş rejimdə işlətmək lazımdır. Bu qısa müddət turbo turbininin normal dövriyyəsinə qayıtmasına və daxili temperaturun tənzimlənməsinə kömək edir. Beləliklə, yağ və soyutma mayesinin dövranı daxili sistemdə davam edərək turbo milinin zədələnməsinin qarşısını alır.
2026-cı ilin servis məlumatları göstərir ki, vaxtında diqqət yetirilməyən turbo nasazlıqları dövri baxım xərclərindən 10-15 dəfə daha baha başa gəlir. Yeni nəsil avtomobillərdəki "Start-Stop" sistemləri bu prosesi idarə etsə də, aqressiv sürüşdən sonra mühərrikin mexaniki olaraq müəyyən müddət işlək qalması daha etibarlı hesab olunur.
İsmayıl Demokrat.az


