Gündəm

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, sədr müavini Fuad Qəhrəmanlı məlumat yayıb.

O bildirib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib.

Məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.

Gültəkin Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı. Onun adı “Ramiz Mehdiyev işi”ndə hallanır.

Demokrat.az

NE
Nihadə Eyyubova