Ünvana qızıl gətirən kuryer bıçaqlı hücuma məruz qalıb.
Demokrat.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Müşahidə kameralarına düşən kadrlardan aydın görünür ki, bıçaqlı şəxs kuryerin əlindən bağlamanı alaraq qaçır.
Həmin şəxsin ardınca düşən kuryer onun bıçaqlı müqaviməti ilə üzləşir.
Görüntülər əsasında 16-cı polis şöbəsinin əməkdaşları əməliyyat keçirib və talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudovu müəyyən edərək saxlayıblar. Onun üzərindən marixuana və psixotrop maddə də aşkarlanıb.
Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə paytaxt sakininin "Vaz 2107" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı İbrahim Məmmədov da saxlanılıb.
Qeyd edək ki, İbrahim Məmmədov qaçırdığı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalarla onun bir müddət əvvəl daha iki nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını və 1 yük avtomobilin akkumulyatorunu oğurladığı məlum olub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. (Xezerxeber.az)
Demokrat.az


