Milli Məclisin sabiq deputat Fəzail Ağamalının dəfn yeri məlum olub.
Fəzail Ağamalının oğlu Elçin Ağamalı Demokrat.az-a bildirib ki, atası Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Savxoz Ramana” adlanan qəbirstanlıqda dəfn oluncaq. Onun sözlərinə görə, mərhumun cənazəsi bu gün saat 12:00-da Heydər Məscidindən götürüləcək:
“Qohumlarımızın məzarı da “Savxoz Ramana” qəbirstanlığında olduğu üçün atamı orada dəfn edəcəyik”.
Qeyd edək ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra ötən gün Ankarada dünyasını dəyişib. Mərhumun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcəkdir.
Allah rəhmət eləsin!
Kənan Demokrat.az


