“WarGonzo” layihəsinin müxbirinin Ermənistana girişinə qadağa qoyulub.
Demokrat.az xəbər verir ki, Rusiya mənşəli “WarGonzo”nun xüsusi müxbiri Dmitri Seleznyov İrəvana səfəri zamanı ölkəyə buraxılmayıb. O, hava limanında sərhəd nəzarətindən keçə bilməyərək geri qaytarılıb.
Ermənistan tərəfi qərarı təhlükəsizlik arqumentləri ilə əsaslandırıb. Bildirilib ki, jurnalistin fəaliyyəti dövlət təhlükəsizliyi və ictimai asayiş üçün risk kimi qiymətləndirilib.
“WarGonzo” redaksiyası isə bu addımı Seleznyovun 2020-ci ildə Qarabağ bölgəsində olması və həmin dövrdə apardığı reportajlarla əlaqələndirib.
Qeyd olunur ki, söhbət bütün layihə əməkdaşlarından yox, konkret olaraq bu müxbirin Ermənistana girişindən gedir. Rəsmi İrəvan məsələ ilə bağlı əlavə açıqlama yaymayıb.
Kənan Demokrat.az


