Dünya

Bu ölkədə helikopter qəzaya uğradı: İki hərbçi həlak oldu

Bu ölkədə helikopter qəzaya uğradı: İki hərbçi həlak oldu

Cənubi Koreyada hərbi vertolyot qəzaya uğrayıb, iki nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, “Yonhap” Agentliyinin məlumatına görə, AH-1S vertolyotu bu gün səhər saatlarında Gyeonggi əyalətinin Qapyeong qraflığında qəzaya uğrayıb.

Səlahiyyətlilər hadisənin yanğın və ya partlayışla əlaqəli olmadığını bildiriblər.

Yenilənmiş məlumata görə, sözügedən vertolyot Ordunun 15-ci Aviasiya Qrupu Batalyonuna məxsus Cobra AH-1S olub. Vertolyot adi təlim uçuşunda olub.

Hər iki heyət üzvü gizir rütbəsində olub.

Qəzanın səbəbi hələ müəyyən edilməyib və hərbçilər araşdırmaya başlayıblar.

Demokrat.az

NE
Nihadə Eyyubova