Dünya Özəl

13 yaşlı qızı diz çökdürüb üzr istətdilər

13 yaşlı qızı diz çökdürüb üzr istətdilər

Türkiyənin Çorum şəhərində orta məktəbdə oxuyan 13 yaşlı şagirdin yaşıdlarının təzyiqinə məruz qalması cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Demokrat.az xəbər verir ki, hadisənin fevralın 5-də Mustafa Kamal Orta Məktəbinin yaxınlığında baş verdiyi bildirilir. İddiaya görə, E.T. adlı şagird eyni məktəbdə oxuyan bir neçə qızın əhatəsinə alınıb. Uşaq digərlərinin gözü qarşısında diz çökməyə məcbur edilib və təzyiq altında üzr istədilib. Yaşananlar mobil telefonla çəkilib, daha sonra şagirdlər arasında yayımlanıb.

Məlumata əsasən, məktəbli təkcə həmin şəxslərdən yox, daha iki nəfərdən də üzr istəməyə məcbur qalıb. Hadisədən sonra E.T.-nin təhdidlər almağa davam etdiyi də iddia olunur.

Baş verənləri ailəsinə danışan uşağın atası dərhal polisə müraciət edib. Çorum Uşaq Şöbəsində aparılan ilkin araşdırmadan sonra E.T. xəstəxanaya aparılıb. Tibbi müayinədə bədənin müxtəlif nahiyələrində xəsarət izləri, saçlarında zədələnmə aşkarlandığı bildirilib.

Görüntüləri araşdıran hüquq-mühafizə orqanları hadisədə iştirakı müəyyən edilən 13–14 yaşlı dörd uşaq barəsində istintaqa başlayıb. Hadisə zamanı istifadə olunan iki mobil telefon da sübut kimi götürülüb.

Faktla bağlı araşdırma davam edir.

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova