Şou-biznes

"Tarixdə görünməyən hadisələri mən həyata keçirirəm" — Elza Seyidcahan (FOTOLAR)

Tarixdə görünməyən hadisələri mən həyata keçirirəm — Elza Seyidcahan (FOTOLAR)

Əməkdar artist Elza Seyidcahan yeni doğulan nəvəsindən danışıb.

Demokrat.az xəbər verir ki, müğənni iki ay əvvəl dünyaya gələn nəvəsinin fotolarını paylaşıb. O, bildirib ki, bayramda ona verilən ən gözəl hədiyyə, ən yüksək qonarar nəvəsinin dünyaya gəlməsi olub:

"Sevincimin həddi-hüdudu yoxdur. Nəhayət 6 ildən sonra oğlumun oğlu dünyaya gəlib. İki ay idi ki, dünyaya gəmişdi. Erkən doğulduğuna görə şüşənin altında saxlanılırdı. Elə onun üçün hazırlanan tortun üzərində də bu təsvir olunub. Biz onu xəstəxanadan çıxardıq. Bu yeni ildə mənim üçün ən gözəl hədiyyə oldu. Mən nəvəmə qudamın adını verərək Akif qoydum. Çünki o çox yaxşı qudadır. 3 qız atası olan qudamın adını nəvəmə qoymaqla ona bir oğul da qazandırmış olduq. Azərbaycan xalqına örnək olası addımlar atmalıyıq. Qoy hamı qohumları, qudaları ilə mehriban olsun. Tarixdə görünməyən hadisələri mən həyata keçirirəm".

Əməkdar artist Elza Seyidcahan nəvəsinin xoş günündə çəkilən fotoları Big.az-a təqdim edib.

Demokrat.az

D
demokrat.az