Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin xüsusi xidmət orqanı Mossadla əlaqədə şübhəli bilinən iki nəfəri saxlayıb.
Demokrat.az xəbər verir ki, “Monitum” adlı xüsusi əməliyyat çərçivəsində Mehmet Budak Derya və Veysel Kerimoğlu nəzarətə götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, mədən mühəndisi olan Mehmet Budak Derya 2013-cü ildən etibarən mərmər ticarəti adı altında İsrail kəşfiyyatı ilə əlaqə yaradıb və müxtəlif ölkələrdə gizli görüşlər keçirib. Daha sonra o, Veysel Kerimoğlunu da bu fəaliyyətə cəlb edib.
Məlumata görə, hər iki şəxs topladıqları məlumatları mütəmadi olaraq İsrail tərəfinə ötürüb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Demokrat.az


