Sağlamlıq

Bakıda da satılan uşaq qidalarında civə tapıldı

Bakıda da satılan uşaq qidalarında civə tapıldı

ABŞ-də uşaq qidaları ilə bağlı aparılan rəsmi araşdırma ciddi narahatlıq doğurub.

Demokrat.az xəbər verir ki, Florida Səhiyyə Departamentinin Qida Çirkləndiricilərinin Monitorinqi Proqramı çərçivəsində bazardan götürülən 24 fərqli uşaq qidası və körpə formulası laborator şəraitdə yoxlanılıb. Nəticələrə əsasən, 16 məhsulun tərkibində ağır metallardan ən azı biri ( arsenik, civə, qurğuşun və ya kadmiyum ) icazə verilən həddi aşıb.

Rəsmi hesabatda bildirilib ki, sözügedən maddələr xüsusilə körpələr üçün təhlükə yaradır, sinir sistemi və beyin inkişafına mənfi təsir göstərə bilər.

Yoxlamalar zamanı ağır metal aşkarlanan məhsullar bunlardır:

Bobbie Infant Formula

Bobbie Organic Infant Formula

Bubs Goat Milk Based Formula

ByHeart Whole Nutrition Infant Formula

Enfamil AR Powder

Enfamil Gentlease Powder

Enfamil Gentlease NeuroPro Ready to Use

Enfamil Infant Concentrate

Enfamil Infant NeuroPro Ready to Use

Enfamil Infant Powder

Enfamil Prosobee

Holle Organic Infant Formula Stage 1

Holle Organic Goat Milk Formula Stage 1

Kendamil Classic

Kendamil Goat Milk Based Formula

Similac Advance Concentrate Liquid

Similac Advance Powder

Similac Advance Ready to Feed

Similac Sensitive Powder

Similac Sensitive Ready to Feed

Similac Soy Isomil Ready to Feed

Similac Soy Isomil Concentrated Liquid

Similac Soy Isomil Powder

Similac Total Comfort Powder

Florida Səhiyyə Departamenti valideynləri uşaq qidalarının seçimi zamanı diqqətli olmağa çağırıb. Qurum eyni zamanda bu sahədə nəzarət mexanizmlərinin gücləndiriləcəyini açıqlayıb.

Məsələ ABŞ ictimaiyyətində geniş rezonans doğurub. Qida təhlükəsizliyi üzrə ekspertlər uşaq qidalarının istehsalı və idxalı ilə bağlı daha sərt və şəffaf yoxlamalara ehtiyac olduğunu vurğulayırlar.

Qeyd edək ki, bu məhsullar Azərbaycanda da satılır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova