Kriminal

Goranboyda DƏHŞƏT: Qazi anasını öldürdü, həyat yoldaşını yaraladı — FOTO

Goranboyda DƏHŞƏT: Qazi anasını öldürdü, həyat yoldaşını yaraladı — FOTO

Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

Demokrat.az “apa.az”a istinadən xəbər verir ki, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 12 aprel 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.

Hadisə zamanı həyat yoldaşı – 29 yanvar 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.

Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Goranboyda DƏHŞƏT: Qazi anasını öldürdü, həyat yoldaşını yaraladı — FOTO

Demokrat.az

NE
Nihadə Eyyubova