Sağlamlıq

1 sm böyüsə, ölümcül xəstəliyin əlaməti ola bilər

1 sm böyüsə, ölümcül xəstəliyin əlaməti ola bilər

Limfa düyünlərinin böyüməsi bəzən sadə infeksiyaların deyil, həyati təhlükə yarada bilən ciddi xəstəliklərin əlaməti ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə rusiyalı onkoloq Suna İsakova deyib. O erkən diaqnoz və vaxtında müalicə xəstəliyin uğurlu nəticəsi üçün həlledici rol oynadığını bildirib.

Limfa düyünləri immun sisteminin vacib hissəsidir və orqanizmi infeksiyalardan qorumaq üçün filtr funksiyası yerinə yetirir. İsakova qeyd edir ki, limfa düyünlərinin böyüməsi, limfoma halları istisna olmaqla, adətən orqanizmdə baş verən başqa bir prosesə ikinci dərəcəli reaksiya kimi yaranır. Buna görə də müalicə yalnız limfa düyününü deyil, əsas səbəbi hədəfləməlidir.

Həkimin sözlərinə görə, limfa düyününün iltihabı ( limfadenit ) irinləmə riski yarada bilər. Bu halda antibiotik müalicəsi və bəzi hallarda cərrahi müdaxilə tələb oluna bilər.

Normalda limfa düyünlərinin ölçüsü 1 santimetrdən kiçik olur və əksər hallarda hiss edilmir. Ölçü 1 santimetrdən böyük olduqda isə mütəxəssisə müraciət etmək tövsiyə olunur. Limfa düyünlərinin böyüməsi (limfadenopatiya) müxtəlif səbəblərdən yarana bilər və ən çox rast gəlinən səbəblər infeksion və iltihabi proseslərdir.

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova