Dünya

Yekaterinburqda azərbaycanlılara hücumda iştirak edən polislər mükafatlandırıldı

Yekaterinburqda azərbaycanlılara hücumda iştirak edən polislər mükafatlandırıldı

Rusiyanın Yekaterinburq şəhərində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları, əvvəlki illərdə qətl və sui-qəsd cəhdində ittiham olunan azərbaycanlılara qarşı həyata keçirilən əməliyyatlara görə təltif ediliblər.

Demokrat.az xəbər verir ki, bu barədə Ura.ru saytı yazıb.

Təltif mərasimi Sverdlovsk vilayəti üzrə Daxili İşlər Nazirliyinin genişləndirilmiş kollegiya iclası çərçivəsində keçirilib və tədbirdə Ural Federal Dairəsinin və yerli hüquq-mühafizə orqanlarının yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski 2025-ci ilin yayında həbs olunub. Müstəntiqlər onun iş adamı İkram Paşayevin 2001-ci ildə qətlində və digər sui-qəsd cəhdlərində iştirak etdiyinə inanırlar. Şıxlinski ilə birlikdə Akif, Ayaz, Bəkir, Kamal, Məzahir Səfərovlar və Şücayəddin Rəcəbov da qəsdən adam öldürməyə cəhd və qətldə ittiham olunublar. Hazırda yalnız Məzahir Səfərov günahını etiraf edib.

NE
Nihadə Eyyubova