Dünya

Bolqarıstan prezidentinin istefası təsdiqləndi

Bolqarıstan prezidentinin istefası təsdiqləndi

Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsi ölkə prezidenti Rumen Radevin istefa ərizəsini təsdiqləyib.

Bu barədə məhkəmənin veb saytında məlumat verilib.

Bolqarıstan Konstitusiyasına əsasən, ölkənin vitse-prezidenti İliana İotova səlahiyyət müddətinin qalan hissəsində prezident vəzifəsini icra edəcək. Onun səlahiyyət müddəti 2027-ci ilin yanvar ayında bitir. (Unikal)

NE
Nihadə Eyyubova