İqtisadiyyat

Bakıda bəzi tibb işçilərinin əməkhaqqılarına ƏLAVƏNİN MÜDDƏTİ ARTIRILDI

Bakıda bəzi tibb işçilərinin əməkhaqqılarına ƏLAVƏNİN MÜDDƏTİ ARTIRILDI

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqqılarına əlavənin müddəti artırılıb.

Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əməkhaqqılarına əlavənin müddəti 2026-ci il aprelin 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət 2026-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.

NE
Nihadə Eyyubova