Dünya

Ukrayna-ABŞ danışıqları yanvarın 17-də Mayamidə keçiriləcək

Ukrayna-ABŞ danışıqları yanvarın 17-də Mayamidə keçiriləcək

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu yanvarın 17-də Mayamidə keçiriləcək.

"Report"xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina öz feysbuk hesabında bildirib.

"Ukrayna ABŞ ilə dövlətimizin gələcək təhlükəsizlik arxitekturası və uzunmüddətli iqtisadi inkişafı barədə fəal məsləhətləşmələri davam etdirir. Sabah Mayami şəhərində danışıqlar keçiriləcək", - o qeyd edib. Danışıqlarda Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerov, Volodimir Zelenskinin ofis rəhbəri Kirill Budanov və hakim "Xalqın xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya iştirak edəcəklər.

"Biz iki əsas sənəd - təhlükəsizlik zəmanətləri və ümumi həcmi 800 milyard dollara qədər olan Ukraynanın iqtisadi inkişafı haqqında sazişlər üzərində işləyirik, bunlar da Davosda, Dünya İqtisadi Forumunda imzalana bilər. Səfərin məqsədi bu razılaşmaları amerikalı tərəfdaşlarla Ukrayna milli maraqlarına maksimum uyğun gələcək şəkildə tamamlamaqdır", - səfir əlavə edib.

NE
Nihadə Eyyubova