Bakının Qaradağ rayonunda 48 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 8-də rayonun Lökbatan qəsəbəsində baş verib.
Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Amal həmin gün saat 21:00-da birlikdə yaşadıqları evin qonaq otağında olan zaman arvadı Zamirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı o, yumruq zərbələri ilə arvadının üz və qol nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Hadisəni törədən Amalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.
Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


