Dünya

Putin Netanyahu ilə söhbətindən sonra Pezeşkiana zəng edib

Putin Netanyahu ilə söhbətindən sonra Pezeşkiana zəng edib

Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra iranlı həmkarı Məsud Pezeşkiana zəng edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki , bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kreml İran və Yaxın Şərqdəki vəziyyəti gərgin kimi qiymətləndirir.

Peskov əlavə edib ki, Putin İran və İsrail arasındakı gərginliyi azaltmaq üçün səylər göstərir.

NE
Nihadə Eyyubova