Dünya

İraqda nümayişçilər ABŞ səfirliyini ələ keçirdi — VİDEO

İraqda nümayişçilər ABŞ səfirliyini ələ keçirdi — VİDEO

Prezident Donald Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücum edilməsinə münasibət bildirib.

"Report" NTV-yə istinadən xəbər verir ki, o, "Twitter" səhifəsində hadisələrin arxasında İranın olduğunu deyib.

"İraqdakı səfirliyimizə hücumun arxasında İran durur. İran ABŞ-ın muzdlu hərbçisini öldürdü və bir çoxunu da yaraladı. Bizim cavabımız da sərt oldu və hər zaman da belə olacaq. İndi də İran ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edir və buna görə məsuliyyət daşıyır. Bu baxımdan, İraqdan diplomatik korpusumuzun təhlükəsizliyini bütün vasitələrlə qorumağı tələb edirik", - D.Tramp yazıb.

​Demokrat.az

D
demokrat.az