Gündəm Özəl

Deputat bu yazıçıları tənqid etdi: "15 manat pulu ödəyə bilmirlər"

Deputat bu yazıçıları tənqid etdi: 15 manat pulu ödəyə bilmirlər

"Üzvlük haqqını ödəməyən şəxslərin Azərbaycan Yazıçılar Birliyindən kənarlaşdırılması ədəbi prosesə heç bir mənfi təsir göstərməyəcək. Çünki bu şəxslərin əksəriyyəti onsuz da Birliyin fəaliyyətində iştirak etmir, tədbirlərə gəlmir və təşkilati proseslərdən kənarda qalırlar".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

O bildirib ki, 15 manatlıq üzvlük haqqını ödəmək istəməyən insanların eyni zamanda Birlikdən müxtəlif tələblər irəli sürməsi düzgün yanaşma deyil:

"15 manatı ödəyə bilmirlər, amma Yazıçılar Birliyindən əlli şey istəyirlər. Ona görə də, bu şəxsləri uzaqlaşdırmaqla doğru qərar veriblər. Şəxsən mən və həyat yoldaşım 2025 və 2026-cı illər üçün üzvlük haqlarımızı artıq ödəmişik".

Qeyd edək ki,Azərbaycan Yazıçılar Birliyi (AYB) 5 il ərzində üzvlük haqqını ödəməyən 58 yazıçı və şairin birliyə üzvlüyünü ləğv etməyi düşünür.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova