Kriminal Özəl

Qaradağda ər arvadını döydü

Qaradağda ər arvadını döydü

Bakının Qaradağ rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Qobustan qəsəbəsi, 4-cü Massiv, nömrəsiz evdə baş verib.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Taleh evin giriş qapısının qarşısında arvadı Zemfira (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranmış ailə-məişət zəminində mübahisə zamanı yumruq və təpik zərbələri ilə arvadının bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilib. təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova