Siyasət

Sabiq vitse-spiker yenidən namizədliyini irəli sürdü

Sabiq vitse-spiker yenidən namizədliyini irəli sürdü

Milli Məclisin V çağırış bitərəf deputatı Gövhər Baxşəliyeva 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak qərarı verib.

Demokrat.az-ın xəbərinə görə, G.Baxşəliyeva namizədliyini 93 saylı Bərdə şəhər seçki dairəsindən irəli sürüb.

Xatırlatma: G. Baxşəliyeva 2000-2005-ci illər ərzində vitse-spiker vəzifəsini icra edib. Hazırda Elm və təhsil komitəsi ilə Mədəniyyət komitəsinin üzvüdür.

Qeyd: Hakim Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədi Yıldırım Fatma Vidadi qızıdır.(pravda.az)

Demokrat.az

D
demokrat.az