Abşeron rayonunda Qarabağ müharibəsinin əlilinə qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Nicat tanışı Polada Qarabağ müharibəsi əlillərinə rayonun Pirəşəkül qəsəbəsində 0.10 hektar torpaq sahəsinin ayrılmasını yalandan bildirib.
O, Pirəküşkül qəsəbəsində boş sahəni Polada göstərib, həmin torpaq sahəsini alacağına köməklik edəcəyini yalan vəd verib. 15 aprel 2024-cü ildə Xırdalan şəhəri, Q.Musabəyov küçəsində Poladdan 750 manat alaraq ələ keçirib.
Nicatın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2024-cü ilin mart ayından Poladı ortaq tanışları vasitəsi tanıyıb: “Həmin zaman məndə olan məlumata görə bələdiyyə Qarabağ qazilərinə pay kimi torpaq sahələri verirdi. Mən də bu məqsədlə Qarabağ müharibəsi əlili Polada zəng edərək bu barədə təklif etdim. Polad bu təklifimi qəbul etdi. Poladdan bu işin hazır olması üçün 750 manat istədim. Polad mənimlə razılaşdı”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Nicat 1 il 3 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətində Abşeron rayonu, Pirəşəkül qəsəbəsi fərdi yaşayış evini hər gün axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməsi qadağan edilib.
Ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.
Bundan əlavə ona Abşeron rayonu ərazisi hüdudlarını tərk etməsi cəzaçəkmə müddətində qadağan olunub. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


