Kriminal Özəl

İki oğlu Türkiyədə oxuyan ataya dələduzluq edildi

İki oğlu Türkiyədə oxuyan ataya dələduzluq edildi

Azərbaycanda iki oğlu Türkiyədə təhsil alan ataya qarşı dələduzluq edilib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü Elçin tanışı Asəf Məmmədova övladı Azimin təhsil aldığı Tükiyə Respublikasında yerləşən Diresun Dövlət Universitetinin “Siyasi bilimi və Komu Yönetimi” faktultəsindən Bakı Dövlət Universitetinin “Beynəlxalaq əlaqələr” fakultəsinə yerdəyişmə etdirəcəyinə dair yalan vəd verib.

Bu niyyətlə 2024-cü ilin iyunun 15-də Asəfin Xırdalan şəhərində yerləşən Misir Parkının qarşısında 6000 ABŞ dollarını alaraq ələ keçirib.

Bundan başqa o, təkrarən Asəf Məmmədovun digər övladı Asimi ali təhsil aldığı Türkiyə Respublikasında yerləşən Universitetdən Azərbaycanın Memarlıq və İnşaat Universitetinin dizayner fakultəsinə yerdəyişmə etdirəcəyinə dair yalan vəd verib. Bununla bağlı ondan 7000 ABŞ dolları alıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elçin 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova