Hadisə

Göygöldə ağır qəza — Ölənlər var (FOTOLAR)

Göygöldə ağır qəza — Ölənlər var (FOTOLAR)

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, qəza Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Əhliman Abdi Ramiz oğlu aldıqları xəsarətdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Göygöldə ağır qəza — Ölənlər var (FOTOLAR)
Göygöldə ağır qəza — Ölənlər var (FOTOLAR)
Göygöldə ağır qəza — Ölənlər var (FOTOLAR)
Göygöldə ağır qəza — Ölənlər var (FOTOLAR)

NE
Nihadə Eyyubova