Gündəm Özəl

Separatçılara qarşı istintaq: Heç bir cinayət cəzasız qalmayacaq

Separatçılara qarşı istintaq: Heç bir cinayət cəzasız qalmayacaq

“Separatçılar Azərbaycana qarşı çox ağır cinayətlər törədiblər və onlar Azərbaycan qanunları çərçivəsində mühakimə olunurlar. Təbii ki, istintaq zamanı sübutların toplanması və hadisələrin daha dərindən araşdırılması cinayətin miqyasını ortaya qoyur".

Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O, bildirib ki, eyni zamanda şahidlərin dindirilməsi, işgəncə görmüş vətəndaşların ifadələrinin toplanması və bir sıra faktların öyrənilməsi işin tam aydınlaşdırılmasına xidmət edir:

"Heç bir cinayət cəzasız qalmadığı kimi, separatçıların törətdiyi ağır cinayət əməlləri də təbii ki, cəzasız qala bilməz. Müxtəlif zamanlarda onların həbsi və istintaq prosesinə təzyiq məqsədilə xüsusulə Qərb ölkələrinin bəzi strukturları tərəfindən bir sıra addımlar atılıb".

Ekspert bildirib ki, xüsusilə beynəlxalq səviyyədə aparılan kampaniyalar və digər tədbirlər təzyiq xarakteri daşıyır:

"Lakin heç bir təzyiq istintaqın gedişinə təsir edə bilməz. Hər şey aydındır: Azərbaycan ərazilərində törədilən cinayət əməlləri tam sübuta yetirildikdən sonra, ağır cinayətlərdə ittiham olunan şəxslər layiq olduqları cəzalarını alacaqlar. Beynəlxalq səviyyədə edilən təzyiqlər isə prosesə heç bir təsir göstərə bilməz. İstintaq prosesi tam obyektiv və qanuna uyğun şəkildə aparılır".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova