Hadisə

Təndir evində çalışan qadın iş yerində öldü

Təndir evində çalışan qadın iş yerində öldü

Paytaxtın Suraxanı rayonunda yerləşən təndir evlərindən birində ölüm hadisəsi qeydə alınıb.

Demokrat.az xəbər verir ki, hadisə noyabrın 17-si saat 06 radələrində Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən təndir evində baş verib.

Belə ki, orada işləyən 1971-ci il təvəllüdlü Ruqiyyə Əskərova qəfil ölüb.

Onun infarktdan vəfat etməsi müəyyənləşdirilib.

Araşdırma aparılır.

NE
Nihadə Eyyubova