"Keçən il mərkəzi bank və hökumət bu il üçün proqnozları yüksək göstərmişdi, təqribən 2,5–3% civarında. Lakin bu ilki proqnozlar real iş dövrünü əks etdirmir. Ümumiyyətlə, ölkədə aqrar məhsulun artımı ən yaxşı halda ilin sonunda 1,1% olacaq".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, buna görə də 2% də bir qədər optimist yanaşmadır:
"Ümumi iqtisadi artımın 2% civarında olması gözləniləndir, amma bu, yaxşı bir göstərici deyil. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi ən azı 4–5% olmalıdır ki, iqtisadi aktivliyə və makroiqtisadi göstəricilərə müsbət təsir göstərsin".
Ekspert bildirib ki, Gürcüstanda ümumi məhsul artımı 9% civarındadır və onlar bu templə bir neçə ildir irəliləyirlər:
"Buna görə də Azərbaycan hökuməti iqtisadi aktivliyi canlandırmaq və artım templərini yüksəltmək üçün müxtəlif tədbirlər həyata keçirməlidir".
Əfsanə Kamal Demokrat.az


