Hadisə

Gəncə icra Hakimiyyətində YOXLAMA APARILIR

Gəncə icra Hakimiyyətində YOXLAMA APARILIR

Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir.

Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanladı.

Sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Hesablama Palatasıtərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.

Sorğumuza operativ cavab verdikləri üçün Hesablama Palatasına təşəkkür edirik.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

NE
Nihadə Eyyubova