Hadisə

Ramiz Mehdiyev struktur dəyişikliklərinə start verdi — AMEA-da elmi bölmələr ləğv edilir

Ramiz Mehdiyev struktur dəyişikliklərinə start verdi — AMEA-da elmi bölmələr ləğv edilir

Yaxın günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi bölmələrinin ləğvi gözlənilir.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, akademiklər - Nazim Məmmədov, Vaqif Fərzəliyev, Fəxrəddin Qədirov, Əhliman Əmiraslanov, Teymur Kərimli və Nərgiz Axundova akademiyanın vitse-prezidentlərinin köməkçiləri olacaqlar.

AMEA-nın iki institutunun - Qafqazşünaslıq və Elm Tarixi institutlarının isə ləğvi nəzərdə tutulur.

Dekabrın 25-də akademiyanın növbədənkənar ümumi yığıncağı keçiriləcək və orada mühüm qərarlar açıqlanacaq.

Qeyd edək ki, Nərgiz Axundova SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanovun həyat yoldaşıdır. Əhliman Əmiraslanov və Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə Milli Məclisin deputatları olub.

Zaur Hacılı Demokrat.az

D
demokrat.az