Dünya

Zəlzələyə canlı yayımda yaxalandılar — VİDEO

Zəlzələyə canlı yayımda yaxalandılar — VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 maqnitudalızəlzələİstanbul, Bursa və İzmir kimi ətraf şəhərlərdə də güclü şəkildə hiss olunub.

Bizim.Mediaxəbər verir ki, zəlzələ anı İstanbuldakı “TGRT Haber” televiziya kanalında yayımlanan canlı veriliş zamanı baş verib.

Aparıcı Fatih Atik və qonaqlar Nagehan Alçı, Fuat Uğur, Cem Küçük və Şamil Tayyar efirdə olduqları anda sarsıntıya məruz qalıblar. O anlar studiyanın kameraları tərəfindən qeydə alınıb.

Həmin kadrları təqdim edirik:

NE
Nihadə Eyyubova