Şou-biznes

ATV-də gizli sirlər, intriqalar və ailədaxili mübarizələr dolu “Çarəsiz” serialı — VİDEO

ATV-də gizli sirlər, intriqalar və ailədaxili mübarizələr dolu “Çarəsiz” serialı — VİDEO

ATV telekanalında Oscar Film Production istehsalı olan yeni “Çarəsiz” serialı başlayır. Serialın ilk bölümü 27 oktyabr saat 21:30-da ATV-də yayımlanacaq. “Çarəsiz”i həftə içi 4gün, saat 21:30-da izləyə biləcəksiniz.

Bu serialda siz, əri tərəfindən şiddət görən, xəyanətə məruz qalan, övladını itirən bir ananın çarəni başqa bir körpədə tapmasına və bacısı ilə eyni kişiyə aşiq olub çarəsiz hala düşməsinə şahid olacaqsınız... Baş prodüser: Yaşar Əhmədov Quruluşçu rejissor: Vüsal Məmmədov Baş redaktor: İlqar Fəhmi Redaktor: Aytac Məmmədli Prodüser:Rəşad Nuri Baş rollarda: Tural Əhməd, Zəhra Əlisoy, Rəbbilə Ələkbərzadə Xalq artistləri: Kazım Abdullayev, Zemfira Əbdülsəmədova Digər rollarda: Xatirə Süleymanova, İlqar Musayev və digər tanınmış aktyorlar. Qeyd edək ki, Oscar Film Production ölkə teleməkanında ən reytinqli və baxımlı serialların istehsalçısı kimi tanınır.

Bu gönderiyi Instagram'da gör

Demokrat.Az (@demokrat.az)'in paylaştığı bir gönderi

NE
Nihadə Eyyubova