İdman

Azərbaycanlı futbolçu medalını satışa çıxardı – FOTO

Azərbaycanlı futbolçu medalını satışa çıxardı – FOTO

Azərbaycan çempionatının Əvəzedici Komandalar arasında keçirilən yarışın bürünc medalı satışa çıxarılıb.

Demokrat.azfanat.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan futbolçu bürünc medalını auksion vasitəsiylə satmaq niyyətindədi. Bu barədə elan sosial şəbəkələrdəki auksion səhifələrindən birində yer alıb. Start qiyməti 1 manatdır.

Hələlik medala maraq böyük deyil və artım cəmi 6 manata qədər çatıb.

Medal 2010/2011-ci il mövsümünə aiddir. Elanda qeyd olunur ki, medal bürünc materialdan hazırlanıb. İstehsalçı "ARTHUS -BERTRAND DEPİUS 1803 PARİS"dir.

Xatırladaq ki, 2010/2011-ci il mövsümündə əvəzedicilərin yarışında bürünc medalları "Qəbələ" komandası qazanıb. Çempion "Bakı" olub, 2-ci yeri isə "Turan"ın gəncləri tutub.

Qeyd edək ki, elanda medalın birinci dəstəyə aid olduğu yazılır. Amma medalın üzərində onun əvəzedici komandaların yarışına aid olduğu qeyd edilib.

Demokrat.az

D
demokrat.az