Dünya

Zelenski: Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil

Zelenski: Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil

Ukraynanın heç bir ərazisini Rusiyaya vermək niyyəti yoxdur. Kiyev və müttəfiqləri ədalətli sülhə nail olmaq üçün Moskvaya təzyiqləri artıracaqlar.

"Report""RBK- Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, indi lazım olan uzunmüddətli əməkdaşlıq və Avropadan həm qısa, həm də uzunmüddətli perspektivdə nəzərəçarpacaq nəticələrdir. " Biz Rusiyaya heç nə verməyəcəyik və heç nəyi unutmayacağıq. Çünki Rusiyanın uzunmüddətli təhlükə olduğunu açıq şəkildə görürük", - Zelenski qeyd edib.

NE
Nihadə Eyyubova