Gəncədə qadın sürücü idarə etdiyi avtomobillə qəza törədib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Nazpəri Erdəmir idarə etdiyi avtomobili dirəyə çırpıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafidir olduğu bildirilir.


