Əməkdar artist Şəbnəm Tapdıqheç vaxt toya getmədiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu barədə müğənni "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, illər əvvəl toya gedən müğənnilərin adı AzTV-də qara siyahıya salınırdı:
"Mən heç vaxt toya getməmişəm. Bizim dövrdə təkcə AzTV 1kanalı var idi. O vaxttoya gedənlərin adı "qara siyahı"ya düşürdü. Bizi məclislərə getməyə qoymurdular. Mənə demişdilər ki, toya getdin, işlərimizi pozdun. Çox çağırırdılar, amma mən toya getməmişdim. İndi dəçağırırlar, amma öz yerimə başqasını göndərirəm. Ona verilən məbləğin bir hissəsini mənə verirlər".


