Kamçatkada 5.8 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.
Oxu.Azbu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadla xəbər verir.
Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 94 km məsafədə, Sakit okean akvatoriyasında yerləşib.
Sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, sentyabrın 19-da Kamçatkanın şərq sahillərində7.8 maqnitudalı zəlzələbaş verib. Bundan sonra gün ərzində 5 və 5.5 bal gücündədaha iki yeraltı təkanqeydə alınıb.


