Dünya

Hərbi bazaya hücum oldu — 73 əsgər həyatını itirdi

Hərbi bazaya hücum oldu — 73 əsgər həyatını itirdi

Nigeriyanın Mali ilə sərhəddə yerləşən hərbi bazasına militanlar tərəfindən silahlı hücum olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nəticədə 73 əsgər ölüb, 12-si yaralanıb. Nigeriyanın Müdafiə naziri İssoufou Katambe açıqlamasında çox sayda terrorçunun zərərsizləşdirildiyini deyib.

Qeyd edək ki, hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

D
demokrat.az