“Ermənistan cəmiyyəti bu vaxta qədər radikallar tərəfindən idarə olunub. Boş xəyalların, xəstə təfəkkürün üzərində qurulmuş dövlətçilik, yeni ərazilərin əldə edilməsi, "Dənizdən dənizə Ermənistan" xülyası ilə yaşayıblar və bunun acı nəticəsini gördülər. Əgər bu cür davam etmək istəyəcəklərsə, daha böyük faciələrlə üz-üzə qalacaqlar. Ümumiyyətlə, Ermənistan adlı dövlətin mövcudluğu sual altına düşə bilər. Paşinyan və onun komandası bunun fərqindədir. Mən hesab etmirəm ki, Ermənistanda əhalinin böyük hissəsi bu cür radikalların arxasınca getsin, çünki erməni cəmiyyəti əslində müharibə istəmir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, Paşinyanın uzun müddətdir təbliğatı buna qarşı yönəlib ki, müharibə yox, sülh olmalıdır:

Konstitusiya dəyişikliyi üçün referendum keçiriləcək və erməni cəmiyyəti buna "hə" deməlidir. "Yox" deyəcəyi təqdirdə, heç bir sülh müqaviləsindən söhbət gedə bilməz. Bir sıra ermənilər başa düşürlər, amma bütün ermənilər başa düşməlidirlər ki, sülh əslində Ermənistanın özünə lazımdır. Referendumda revanşistlərin fikirləri üstünlük təşkil edəcəksə, bu, Ermənistan üçün gələcəkdə çox böyük faciələrin başlanğıcı olacaq”.
Cavidan Mirzəzadə Demokrat.az


