Dünya

HƏMAS Qəzzadakı liderinin sağ olduğunu iddia edir

HƏMAS Qəzzadakı liderinin sağ olduğunu iddia edir

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağındakı lideri Xəlil əl-Hayyanın sağ olduğunu iddia edir.

Oxu.Azxəbər verir ki, radikalların "Telegram" kanalında müvafiq bəyanat dərc olunub.

"HƏMAS-ın Qəzzadakı rəhbəri Xəlil əl-Hayya gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində Dohada mərhum oğlu Humamın məzarını ziyarət edib", - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət öncə HƏMAS-ın Dohadakı iqamətgahı İsrail tərəfindənhədəfə alınıb. Bəzi iddialara görə, zərbə nəticəsində Xəlil əl-Hayya və bir neçə HƏMAS rəsmisi öldürülüb.

NE
Nihadə Eyyubova