Dünya

Ukraynanın taleyini bu dəfə birinci xanımlar MÜZAKİRƏ EDƏCƏKLƏR

Ukraynanın taleyini bu dəfə birinci xanımlar MÜZAKİRƏ EDƏCƏKLƏR

Ukraynanın birinci xanımı Yelena Zelenskaya bu ayın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampla görüşməyi planlaşdırır.

Bizim.Mediaxəbər verir ki, birinci xanımlar Ukraynanın gələcəyini üz-üzə müzakirə edəcəklər.

Məlumata görə, Melaniya Tramp Ukraynada keçiriləcək “Birinci xanımlar və cənablar sammiti”nə dəvət alıb, lakin şəxsən iştirak edə bilməyəcək.

Yelena Zelenskaya qeyd edib ki, Nyu-Yorkda planlaşdırılan görüş Kiyevdə müzakirə olunan mövzuların davamı olacaq və ölkələr arasında dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

NE
Nihadə Eyyubova