Əfqanıstanda 6,1 bal gücündəzəlzələbaş verib.
Bizim.Mediaxəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar ölkənin şərqində Hindukuş dağlarında qeydə alınıb.
Zəlzələnin episentri təxminən 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 46 km şimal-şərqdə, yeraltı təkanların ocağı isə 42 km dərinlikdə yerləşib.


