Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək sammitin şüarı məlum olub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, liderlərindanışıqlar aparacağı Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasındakı bannerdə “Sülhünardınca” şüarı əks olunub.
Belə ki, əsasən də, sammitdən sonra liderlərin birgə mətbuat konfransının keçiriləcəyi zalı bu yazı bəzəyir.
Hazırda otaqda son hazırlıqlar gedir, hər iki ölkənin bayraqları asılıb, avadanlıqlar düzəldilib.


