Gündəm

Prezidentdən Muxtar Babayevə ağaclarla bağlı CİDDİ TAPŞIRIQ

Prezidentdən Muxtar Babayevə ağaclarla bağlı CİDDİ TAPŞIRIQ

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə ciddi tapşırıq verib.

Demokrat.az-ın xəbərinə görə, dövlət başçısı deyib ki, ağaclara qulluq etmək lazımdır: “Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub”.

Nazir Muxtar Babayev isə bildirib ki, quruyan ağacların hamısı mütləq dəyişdiriləcək, onlara qulluq olunacaq: “Ümumiyyətlə, aksiya səhər tezdən başlayıb. Bir neçə gündür hazırlıq işləri görülüb. Bütün rayonlarda bu işlər çox böyük əhval-ruhiyyə ilə görülür və günün sonuna bizim hesabatımız olacaq".

Qeyd:Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dekabrın 6-da ölkə ərazisində 650 min ağac əkilib.

D
demokrat.az