Dünya

25 il sonra İLK GÖRÜŞ

25 il sonra İLK GÖRÜŞ

İsrail və Suriya nazirləri arasında yüksək səviyyəli danışıqlar həyata keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Axios” portalı məlumat yayıb.

Son 25 ildə ilk dəfə baş tutan görüşün Parisdə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə həyata keçirildiyi bildirilir.

Danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsad əl-Şeybani iştirak edib.

Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub.

NE
Nihadə Eyyubova