Dünya

Əskişəhərdə meşə yanğını — 10 nəfər həlak oldu

Əskişəhərdə meşə yanğını — 10 nəfər həlak oldu

Türkiyənin Əskişəhər vilayətində meşə yanğını baş verib, 10 nəfər həlak olub.

Demokrat.azxəbər verir ki, bu haqda AKP-nin Əskişəhərdən olan millət vəkili Nəbi Hatipoğlu Seyitqazi məlumat paylaşıb.

O, yanğında həyatını itirənlərin yaxınlarına başsağlığı verib:

“Vətənimizi və meşələrimizi qorumaq üçün canlarından keçən bu fədakar qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm”.

NE
Nihadə Eyyubova