Dünya

Hindistanda təyyarə enişdən sonra yanıb

Hindistanda təyyarə enişdən sonra yanıb

"Air India" aviaşirkətinin Honkonqdan Hindistana uçan "Airbus A321" təyyarəsi paytaxt Nyu-Delhidəki İndira Qandi Beynəlxalq Hava Limanına endikdən sonra yanmağa başlayıb.

Oxu.Azverir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Enişdən sonra sərnişinlər çıxmağa başlayanda təyyarənin quyruq hissəsində yerləşən köməkçi enerji blokunda yanğın baş verib. Sərnişinlər və heyət üzvləri təhlükəsiz şəkildə təxliyə ediliblər.

NE
Nihadə Eyyubova