Hadisə

Goranboyda ağır qəza — İki nəfər öldü

Goranboyda ağır qəza — İki nəfər öldü

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, minik maşını yolun kənarına aşıb. 2 nəfərin öldüyü bildirilir.

NE
Nihadə Eyyubova