Gündəm Özəl

Bu il nəqliyyatda 240 yanğın hadisəsi olub — FHN rəsmisi

Bu il nəqliyyatda 240 yanğın hadisəsi olub — FHN rəsmisi

2023-cü ildə nəqliyyatda 400 yanğın hadisəsi olub, 10 nəfər həyatını itirib.

Demokrat.az bildirir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib.

O bildirib ki, 2024-cü ildə bu rəqəm 339 olub və 1 ölüm qeydə alınıb:

“Bu il isə iyulun 15-nə qədər olan statistikaya görə 240 yanğın hadisəsi olub. Bu rəqəmlər hər il azalır. Bunun əsas səbəbi maarifləndirmə ilə bağlıdır”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova